Press-keramika


Press-keramika (bunlara "preslənmiş keramika, presləmə qapaq, emaks, metalsız keramika, emax diş, litiyum disilikat, LiSi2, press farfor, Disilanyllithium, Lithium disilicate" da deyilir) əsasən ön dişlərin estetik bərpası üçün tətbiq olunan və xüsusi metalsız keramika materialından istifadə olunaraq hazırlanır diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Press-keramika qapaqlar dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, yüksək səviyyəli estetik nəticəni əldə etmək mümkün olur.
Pressləmə keramika texnologiyası təbii dişlərə ən yaxın görüntü verə bilən çox möhkəm, yükgül və son dərəcə gigiyenik olan, yüksək dərəcədə kristallaşan Litium disilikat (LiSi2) keramikanın istənilən formada hazırlanmasına əsaslanır. Müxtəlif rənglərdə hazırlanan keramika blokları xüsusi fırınlarda əridilir və əvvəlcədən hazırlanan diş qapaqı formalarına yüksək təziq altında axıdılır. Bu formalarda kristallaşan keramika çox dəqiq və incə qapaqların (koronkaların) hazırlanması ilə nəticələnir.
Klinikamızda press-keramika qapaq və körpülərin hazırlanması American Dental Association Continuing Education Recognition Program (ADA CERP) əsasında həyata keçirilir. Bütün estetik müalicə metodikaları California Dental Association xüsusi proqramı və "UCLA/LACC Master Ceramist Program" (University of California, School of Dentistry) tədris proqramına əsaslanır.
pres qapaq

Biz ancaq öz İşlərimizi nümayiş etdiririk !

Nümunələr
İstifadə etdiyimiz press-keramika markaları:
Metalsız keramika (press-keramika) bərpaların hazırlanmasının bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.
  • - IPS E.max (Ivoclar Vivadent, Liechtenstein)
  • - ConceptPress (Zubler, Germany)
  • - Creation LS (Creation Willi Geller, Austria)
  • - Vintage Prime Press (Shofu Dental GmbH, Germany)
emax diş qiymeti

Metalsız keramika və metalo-keramika qapaqlar arasındaki fərq.

press keramika qiymət
İstifadəyə göstərişlər:
Press-keramika qapaqlar adətən hər hansı güsuru olan ön dişlərin estetik bərpasına ehtiyac olduğu hallarda istifadə olunurlar. Arxa dişlərin bərpası üçün press-keramika qapaqlar ancaq tək-tək hazırlanma şərti ilə düzəldilə bilər, arxa dişlərin körpü şəkilində press-keramika ilə bərpası yol verilməzdir.
  • Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda (çat, qırıq, sürtünmə, anormal forma v. sair);
  • Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda (anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair);
  • Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda (aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair).
İstifadəyə əksgöstərişlər:
Diş cərgələrinin deformasiyası böyük olduğu hallarda və ya diş cərgələrinin münasibəti (qapanış) güsurlu olduğu hallarda ortodontik müalicə (breketlər və ya elaynerlar) daha yaxşı nəticə verir.
  • Ön dişlərin 3 hissədən çox olan körpülər (1 dişdən çox oxdursa);
  • 5 və ya daha çox arxa dişin olmadığı hallarda;
  • Patolojik qapanış - diş cərgələrində ciddi əyriliklər varsa;
  • Bruksizm (diş qıcama);
  • Bəzi pis vərdişlər (dırnaq yemək, tum çırtlamaq və sair);
  • Ağız gigiyenasının pis olması;
  • Dişətləri problemlərinin (qinqivit, paradantoz) olması;
  • Bəzi mədə-bağırsaq (qastrit, reflü və sair) problemlərinin olması;
  • Çıxan protezlər üçün dəstək diş olaraq;
  • Arxa dişlərdə körpü şəkilində.
emaks dişlər
zeynalov emax diş

Bu tamamən fərqli texnologiyalardır və qapaqlar tamamən fərqli materiallardan hazırlanılır. Press-keramika qapaqlar daha estetik, daha şəffa və təbii dişlərə ən çox oxşayan bərpalardır. Zirkon qapaqlar isə daha sərt, amma daha az şəffafdırlar.
Adətən press-keramika qapaqları ön dişləri bərpası üçün, zirkon qapaqları isə arxa dişlərin bərpası üçün məsləhət görürük.

Əksər hallarda diş cərgələrinin və dişlərin əyriliyini qapaqlarla düzəltmək mümkündür. Amma bəzi hallarda, əyriliyin dərəcəsi çox olduğundan və ya əyriliyi daha asan müalicə ilə düzəltmək mümkün olduğunda, biz ortodontik müalicəni məsləhət görürük. Dişləyiniz sağlam və qüsursuzdursa, problem sadəcə diş cərgələrindədirsə, qapaq etmək yerinə ortodontik müayinədən keçməyiniz daha yaxşı olardı.
Dişlərin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun müalicə təyin olunacaq.

İlkin vəziyyətdən asılı olaraq press-keramika apaqlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.

Əğər əsas hissə qırılmayıbsa, yani ancaq keramika (farfor) qırılıbsa, bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.

Dişlərə qapaq yerləşdiriləndən sonra, təbii ki, bir müddət diskomfort və xoşagəlməz hislər olur. Bu normaldır. Amma bir müddət sonra hər şey stabilləşir və diskomfort hiss olunmur.
Diskomfort 1 həftə ərzində yox olmursa, mütləq stomatoloqunuza müraciət edin. Qapaqları dəstəkləyən dişlərdə və ya qapanışda problem ola bilər.

Я могу посоветовать только самое лучшее - циркониевые коронки и пресс-керамику. Качественно и очень красиво. Это наиболее современный и высокоточный вид эстетических стоматологических реставраций.
Dental Expert - stomatoloji klinika.

Bakı şəhəri,
Eldar Tağızadə küçəsi 30e,
AF Com Plaza.

"28 May" metrosu 2-ci çıxışı, Nəsimi Rayon Polis İdarəsinin arxası, "Təzə Bazar" TM-in yanı.
diş qapaq
dişlərin