Stomatoloji müalicədən əvvəl və sonra fotoları.

🦷 26 illik praktiki həkimlik iş müddətində Dr. Fərid Zeynalov təxminən 6200 pasiyenti 24300 dəfə qəbul edib və bu müddət ərzində təxminən 7400 ədəd zirkon qapaq və 1100 ədəd protez hazırlayıb, 10400 diş plomblayıb və təxminən 5300 diş çəkib. Bu illər ərzində təxminən 3800 pasiyentin dişləri peşəkar təmizlənilib və 700-ə yaxın insanın dişləri peşəkar ağardılıb.
⚠️ Başqalarından fərqli olaraq biz ancaq öz işlərimizi nümaiş etdiririk. Özümüzə aid olmayan işləri göstərərək pasiyentlərimizi aldatmırıq.

Dr. Fərid Zeynalov - stomatoloq, Bakı

Dr. Fərid Zeynalov diplom şəhadətnamə sertifikat, Azərbaycan

Dr. Fərid Zeynalov

Nümayiş etdirilən klinik nəticələr, Bakıda estetik və bərpaedici stomatologiyanın ən mürəkkəb aspektləri üzrə ixtisaslaşmış Dr. Fərid Zeynalovun 26 ildənə çox zəngin peşəkar fəaliyyətinin və kiniki təcrübəsinin təcəssümüdür. Ankara Universitetinin fundamentallığına söykənən və 16 beynəlxalq elmi cəmiyyətin protokolları ilə cilalanmış bu təcrübə, ən ağır stomatoloji problemlərin həllində mükəmməllik standartı təşkil edir. Hər bir restavrasiya – rəgəmsal texnoloji dəqiqlik, Class-B səviyyəli mütləq sterilizasiya təhlükəsizliyi və illərlə formalaşmış peşəkar etibarın vəhdətidir.

  • Təhsil: Ankara Universiteti Stomatologiya fakültəsinin məzunudur (1993–1999) - diplom №1938
  • Üzvlüklər: Amerika Stomatologiya Assosiasiyasının (ADA) üzvü olmaqla yanaşı, 16 aparıcı beynəlxalq elmi cəmiyyətin fəal üzvüdür.
  • Təkmilləşmə: 120-dən çox beynəlxalq konqres, seminar və kursların iştirakçısı, 90-dan çox diplom və sertifikatın sahibidir.
  • Ankara Üniversitesi Sürekli Eğitim Merkezi (ANKÜSEM) təkmilləşmə proqramları, Harvard School of Dental Medicine xüsusi "The Advanced Graduate Education" qısa müddətli praktiki təlim, American Dental Association Continuing Education Recognition Program (ADA CERP) və California Dental Association xüsusi proqram rezidenturası iştirakçısıdır.
  • AR Səhiyyə Nazirliyi, Sertifikasiya Şəhadətnamə № AH 044594
  • Beynəlxalq DDPH/DGDP statuslu ali baza tibb təhsili və beynəlxalq DDS/DMD stomatoloji elmi dərəcələrinin AR Səhiyyə Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 05/19-5688
  • BDS beynəlxalq ali tibbi təhsil dərəcəsinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000932.
  • DDS və DMD elmi dərəcələrinin AR Təhsil Nazirliyi təsdiqlənməsi Şəhadətnaməsi № 000753

Zirkon qapaqlar: ümumi bərpa

Əvvəl:

28 yaşlı xanım uğursuz zirkon bərpa nəticəsində dişlərin qeyri-estetik düzülüşü və rəng fərqliliyindən şikayətlə müraciət edib. Yeni düzəldilən qapaqların ətrafında qanama, diş cərgələrinin anormal təması və ağrı hissi pasiyenti çox narahat edirdi. Rentgenoloji müayinədə bəzi dişlərdə problemlər aşkar olundu. Bir neçə arxa dişlərin olmaması və əksər dişlərin qənayətbəxş vəziyyətdə olmaması səbəbiylə, pasiyent ümumi alt və üst dişlərin bərpasına qərar verib.

Sonra:

İndividual rəgəmsal gülüş dizaynına (digital smile design) uyğun olaraq pasiyent tərəfindən təstiqlənən müalicə planı əsasında 4 həftə ərzində dişəti plastikası, müvəqqəti qapaqların hazırlanması və 2M1 rəng çalarında polixrom (çox rəngli) və semitransparent (yarımşəffaf) "BruxZir Esthetic Zirconia" (ön dişlər üçün) və "BruxZir Full-Strength Zirconia" (arxa dişlər üçün) marka ümumi 21 ədəd zirkon qapaq hazırlandı.

zirkon diş

Zirkon qapaqlar: estetik və funksional bərpa

Əvvəl:

25 yaşlı xanım anadangəlmə diş cərgəsi qüsuru və bəzi dişlərin olmaması nəticəsində çeynəmədə problemlər, gicgah-çənə oynağlarında disfunksiya və estetik görünüşün gənayətbəxş olmaması səbəbiylə müraciət edib. Müayinə və radioloji təhlildən sonra rəqəmsal tam funksional və estetik bərpa planı hazırlandı.

Sonra:

İlkin mərhələdə üst dişlər müvəqqəti PMMA qapaqlar ilə bərpa edildilər və alt çənəyə taxılan xüsusi MORA splinti (Mandibular Orthopedic Repositioning Appliance) vasitəsiylə 8 həftə ərzində alt-üst çənə münasibətlərini düzəldildi və gicgah-çənə oynağlarındakı disfunksiya müalicə edildi. Paralel olaraq üst dişlərin ətrafındakı dişətləri bir neçə etaplı gingivoplastika edilərək simmetriya və dişəti estetikası təmin edildi. Sonrakı mərhələdə, 1 həftə ərzində üst dişlər 12 ədəd "BruxZir Full-Strength Zirconia" marka zirkon qapaqlar ilə bərpa edildi. Son mərhələdə üst çənə üçün qoruyucu və uyğunlaşdırıcı yumşaq kappa hazırlanaraq, ən azı 2 ay istifadə edilməsi tövsiyyə olundu.

zirkon qapaq

Arxa dişlərin plomblanması

Əvvəl:

46 yaşlı kişi sol üst dişlərində köhnə plombları olan dişlərindəki ağrı, dişlərin arasında qidanın qalması və ağızdan qoxu şikayətiylə müraciət edib. Rentgenoloji müayinədə üç ədəd dişdə köhnə və qənayətbəxş vəziyyətdə olmayan plombların ətrafında ikincili kariyes olduğu aşkar olundu. Hər üç dişi eyni vaxta plomblamaq qərarı verildir.

Sonra:

Təhlükəsizlik tədbirləri alındıqdan sonra yerli anesteziya ilə dişlər hissizləşdirilərək sol üst 3 ədəd dişdə möhcud olan köhnə plomblar çıxarıldı, bütün çürümüş diş toxumaları təmizləndi. Dişlər rubber-dam ilə izolyasiya edilərək təxminən 1 saat ərzində "SDR flow+" və "Ceram.x Spectra ST" kompozit plomb materialları ilə təbii formada bərpa edildilər. Uyğunlaşdırma və cilalamadan sonra dişlər istifadəyə hazır vəziyyətə gətirildi.

dişlərin estetik plomblanması

Ön dişlərin estetik plomblanması

Əvvəl:

29 yaşlı xanım bir neçə il əvvəl travma nəticəsində qırılan ön dişlərini plomblatdırıb. Qısa müddətdə plomblarda tündləşmə, ciddi rəng dəyişimi və dişlərdə həssaslıq yaranıb. Plomblar bir neçə dəfə yenilənsə də, nəticə qənayətbəxş olmayıb. Bizə müraciət ediləndə həm ağrı, həm dişlərin çox uzun olması probleminin ortadan qaldırılması istənildi.

Sonra:

Yerli anesteziya və izolyasi sonrası köhnə plomblar və plombların altında əmələ gələn bütün çürümələr tam təmizləndi. Dişlərin canlı saxlanılması (sinirlərin çıxarılmaması) məqsədiylə ən müasir və keyfiyyətli "Prime&Bond active" plomb yapışdırıcısı (bond) istifadə olunaraq, hər iki diş eyni vaxtda "Ceram.x Spectra ST" kompozit plomb materialı ilə bərpa edildilərək pasiyentin istəyinə uyğun formaya gətirildilər.

estetik plomb Bakı

Press-keramika qapaqlar

Əvvəl:

23 yaşlı xanım ön üst dişlərində uğursuz kompozit plomblar nəticəsində esetik görünüşün pis olması şikayətiylə müraciət edib. Müayinə və rentgendən sonra rəqəmsal gülüş dizaynı (digital smile design) edilərək press-keramika qapaqlar vasitəsiylə estetik bərpa planı hazırlandı və pasiyentin istəyinə görə edilən şəxsi düzəlişlərdən sonra plan təstiqləndi.

Sonra:

İlkin mərhələdə yararsız kompozit plomblar çıxarıldı, dişlər əvvəlcədən hazırlanan rəqəmsal şablonlara görə yontuldu və müvəqqəti qapaqlar hazırlandı. 2 həftə ərzində 12 ədəd diş "IPS e.max Press" litiyum disilikat (press-keramika) və "IPS e.max Ceram Art" (örtük farforu) materialları vasitəsiylə 2M1 rəng çalarında tam təbii estetik bərpa edildilər.

press-keramika emax farfor

Press-keramika və zirkon

Əvvəl:

46 yaşlı xanım arxa dişlərində köhnə metal qapaqlar və ön dişlərinin əyri olması şikəyətiylə müraciət edib. Rentgenoloji müayinə ilə bir neçə problemli dişlər aşkar olunub. Arxa dişlərin zirkon körpülər, ön dişlərin isə press-keramika qapaqlar ilə bərpası təklif olundu.

Sonra:

Köhnə metal qapaqlar çıxarılaraq ehtiyac olan dişlər müalicə olunub və xüsusi materiallar ilə bərpa olunub. Ön dişlərin ətrafında dişəti plastikası (qingivoplastika) edilərək estetika təmin olunub. 2 həftə müvəqqəti qapaqlar istifadədən sonra, ön 4 diş "IPS e.max Press" marka press-keramika qapaqlar ilə, arxa 10 diş isə "IPS e.max ZirCAD" marka zirkon körpülər ilə bərba edilib. Hər iki növ bərpa eyni rəngdə hazırlanıb və heç bir fərq gürünmür. Ümumi müalicə müddəti 4 həftədir.

emax zirkon Bakı

Vinirlər və press-keramika qapaq

Əvvəl:

34 yaşlı kişi ön dişlərində "kompozit vinir" adıyla edilən uğursuz kompozit plomblanma və kariyeslər şikayətiylə müraciət edib. Müayinə və rentgen ilə dişlərin vəziyyəti dəqiqləşdirilib və individual bərpa planı hazırlanılıb. Üst sol mərkəzi kəsici dişin sinirləri çıxarıldığı üçün o diş üçün press-keramika qapaq, diğər 3 diş üçün press-keramika vinir hazırlanması təklif olunub.

Sonra:

Minimal dişəti korreksiyasından sonra dişlər bərpaya hazırlanıb. "Medit i900" marka ağıziçi skaner istifadə olunaraq rəgəmsal ölçülər alınıb. Həm 1 ədəd qapaq, həm də 3 ədəd vinirlar eyni "IPS e.max Press" marka litiyum disilikat (press-keramika) materialdan hazırlanılıb. Qapaq və vinirlar üçün fərqli qalınlıqda və fərqli şəffaflıqda material istifadə olunaraq, bütün bərpa olunan dişlərin eyni görünüşdə olması təmin olunub.

vinir diş giymet

Vinir

Əvvəl:

30 yaşlı xanım anadangəlmə flüoroz (çilli dişlər) rənglənməsi olan dişlərini estetik bərpa etmək məqsədiylə müraciət edib. Müayinədən sonra qərara gəlindi ki, dişlərdə minimal yontma edilərək onların press-keramika vinirlərlə həm rəngi, həm də forması yaxşılaşdırılsın.

Sonra:

Lazımı hazırlıqlardan sonra dişlərin ancaq ön səthindən 0,7-0,9 mm. yontularaq ölçülər götürüldü və laboratoriyada "Creation LS Press" marka press-keramika istifadə olunaraq 10 ədəd üst və 4 ədəd alt ön dişlər üçün lamina vinirlar hazırlandı. Vinirlar American Dental Association Continuing Education Recognition Program (ADA CERP) adgeziya protokollarına (yapıştırma qaydalarına) uyğun olaraq "Variolink Esthetic LC" marka sement istifadə olunaraq dişlərə tədbiq edilərək uzun müddət istifadəsi təmin olunub. Müalicənin ümumi müddəti 1 hətdədir.

vinir diş qiyməti

Dişlərin təmizlənməsi və ağardılması

Əvvəl:

42 yaşlı kişi bütün dişlərində tünd rəngli ərp və çox miqdarda diş daşları yığılması nəticəsində xoş olmayan estetik görünüş və ağız qoxusu şikayətiylə müraciət edib. Pasiyentin istəyi həm dişləri təmizləmək, həm də ağardmaqdır. Lazım olan müayinələrdən sonra dişləri peşəkar təmizləmək və ardınca kimyasal ağardma üsulu ilə bəyazladmaq təklifi olundu.

Sonra:

Birinci mərhələdə 3 etaplı peşəkar təmizləmə, yanı bütün dişlərin ultrasəs cihazıyla təmizlənməsi (skeylinq), air-flow üsulu ilə dərin təmizləmə və xüsusi parladıcı pastalarla cilalama həyata keçirildi. Bir gün sonra "Opalescence Boost" ağardma geli vasitəsiylə dişlər bəyazladıldı. Ağardılma effektinin artırılması üçün individual incə kappalar hazırlanaraq, 7 gün ərzindi hər gün 4-6 saat ev şəraitində "Opalescence Custom 15%" istifadə edilməsi təmin olundu. Nəticədə diş rəngi ilkin C4 rəngində C1 gənginə qədər 4 ton açıldı.

Bakıda dişlərin ağardılması

Dişlərin ağardılması

Əvvəl:

19 yaşlı xanım dişlərinin təbii rəngindən narazıdır və ağardmaq istəyir. Müayinə nəticəsində xanımım dişlərinin çox əla vəziyyətdə olması, heç bir probleminin olmaması və çox yaxşı ağız gigiyenası olduğu müşahidə olundu.

Sonra:

Eyni gün ərzində bütün dişlər ultrasəs cihazı vasitəsiylə təmizləndi, air-flow üsuluyla dişlərin arası və diş əti cibləri təmizləndi, dişlər fırçalar və xüsusi parladıcı pastalarla cilalandıqdan dərhal sonra ağardılma prosedurlarına keçildi. Dişlərin ağardılması World Dental Society-nin xüsusi "Registered Cosmetic Teeth Whitening Practitioner" protokollarına əsasən minimal zərər və maksimal effektlə həyata keçirildi. Dişlərin bəyazladılması üçün "Whiteness HP AutoMixx" marka ağardma geli istifadə olundu. Dişlər A3.5 rəngindən A1 gənginə qədər 3 ton ağardıldı. Bütün prosedurlar təxminən 2 saat ərzində tamamlandı.

zoom ağardma dişlərin lazer

Zirkon qapaqlar: metal-keramikanın əvəz olunması

Əvvəl:

47 yaşlı xanımın dişləri bir neçə il əvvəl köhnə texnologiya olan metal-keramika qapaqlar ilə bərpa edilib. Təəssüflər olsun ki, bu əsnada əksər dişlərin sinirləri çıxarılıb. Qısa bir müddət sonra dişəti problemləri, diş cərgələri münasibətində (qapanışda) uyğunsuzluqlar və qeyri-təbii estetik qüsurlar yaranıb. Xanıma bəzi dişlərin çəkilməsi tövsiyyə olunsa da, biz bütün mövcud dişlərin saxlanılması şərtiylə estetik bərpaya qərar verdik.

Sonra:

Metalo-keramika qapaqlar çıxarıldıqdan sonra, müalicəyə ehtiyac olan dişlər tək-tək yenidən müalicə olundu və müasir protokollara uyğun bərpa olundular. 4 həftə ərzində xüsusi hazırlanan PMMA müvəqqəti qapaqlar istifadə olunaraq dişətinin yenidən şəkilləndirilməsi və yaxşılaşması təmin olundu. Daha sonra dişlər 2M2 rəng çalarında "KATANA Zirconia STML" (Kuraray Noritake, Yaponiya) marka 13 ədəd zirkon körpülər ilə bərpa olundu. Müalicənin ümumi müddəti 6 həftə oldu.

zirkon dişlər rəngi

Zirkon qapaqlar və körpü

Əvvəl:

33 yaşlı kişi dişlərində çox saylı kariyeslər (çürüklər), bir neçə dişinin olmaması və dişəti problemləri ilə müraciət edərək, dişlərin həm estetik bərpası, həm də normal çeynəmənin təmin olunmasını istədi. Müayinə və rentgendən sonra dişlərin zirkon qapaqlar, ehtiyac olan hissədə isə körpüylə bərpa edilməsi təklif olundu.

Sonra:

İlkin mərhələdə lazım olan dişlər müalicə olundu, köhnə müalicələr yeniləndi. Hissəvi (sadəcə bir neçə diş) dişəti plastikası edilərək estetik görünüş təmin olundu. Dişlər mütləq sürətdə canlı saxlanıldı, yanı depulpasiya (dişin sinirinin çıxarılması və kanalların doldurulması) edilmədi və müalicə müddətində plastik müvəqqəti qapaqlar istifadə olundu. 2M2 rəng çalarında yarımşəffaf "BruxZir Esthetic Zirconia" marka 9 ədəd zirkon qapaqlar və körpü ilə bərpa edildi. Ümumi müalicə müddəti 3 həftə oldu.

zirkonyum giymeti dish

Zirkon qapaqlar və köprülər

Əvvəl:

58 yaşlı xanım anadangəlmə diş rənglənməsi (tetrasiklin rənglənməsi), bir neçə arxa dişlərinin olmaması və mədə-bağırsaq xəstəliyi səbəbiylə dişlərdə yaranan eroziya nəticəsində yararsız hala düşən dişlərində ciddi həssaslıq və qeyri-estetik görünüş şikayətiylə müraciət edib. Müayinə və rentgendən sonra, pasiyentin istəyinə uyğun olaraq dişlərin zirkon qapaqlar və körpülərlə bərpa edilməsi üçün rəgəmsal planlama edildi.

Sonra:

İlkin hazırlıqlardan sonra, dişlər yontularaq estetik bərpaya hazırlandı. Bütün dişlər canlılığı mühafizə olundu (sinirləri çıxarılmadı) və tək seansda "DMG Luxatemp Star" materialından müvəqqəti qapaqlar hazırlandı. Ağıziçi rəgəmsal ölçülər vasitəsiylə sadəcə 2 həftə ərzində 19 ədəd "IPS e.max ZirCAD" marka 2M1 rəngində zirkon bərpalar hazırlandı.

dişlərə zirkon nədir

Dişlərin estetik plomblanması

Əvvəl:

31 yaşlı kişi ön üst köhnə kompozit plombları olan dişlərində ağrılar və daimi həssaslıq şikayətiylə müraciət edib. Müayinə və rentgen nəticəsində dişlərdə çox sayda ikincili dərin kriyeslər aşkar olundu. Dişlərin həm sağlamlığını, həm də estetikasını bərpa etmək üçün köhnə pombların dəyişdirilməsinə qərar verildi.

Sonra:

Yerli anesteziya sonrası köhnə plomblar və plombların altında əmələ gələn bütün çürümələr tam təmizləndi. Bütün dişlər canlı saxlanıldı (sinirləri çıxarılmadı). Dişlər rubber-dam ilə izolyasiya edilərək təxminən 2 saat ərzində "Ceram.x Spectra ST" kompozit plomb materiallı istifadə olunaraq, dişlər təbii formada və tam rəng uyğunluğunda bərpa edildilər. Plombların dişdən ayırd edilməməsinə xüsusi diqqət yetirildi. Cilalanmadan sonra dişlər "PermaSeal" materialı ilə qorunaraq istifadəyə hazır vəziyyətə gətirildi.

dişlərə plomb giymet

Dişlərin plomblanması

Əvvəl:

52 yaşlı kişi sağ üst dişlərində ağrı ilə müraciət edib. Müayinə və rentgen nəticəsində dişlərdə çox sayda dərin kriyeslər və qırılmalar aşkar olundu. Ağız gigiyenası gənayətbəxş deyil. Əvvəlcə narahat edən dişlərin, daha sonra isə bütün kariyesli dişlərin plomblanmasına qərar verildi.

Sonra:

İlkin mərhələdə ağız sanasiyası (diş daşlarının təmizlənməsi, ağız gigiyenasının yaxşılaşdırılması və flüoridləşmə) həyata keçirildi. 1 həftə sonra yerli anesteziya və izolyasi sonrası köhnə plomblar və dişlərdə əmələ gələn bütün çürümələr xüsusi "Sable Seek" kariyes-işarətləyici (karies marker) vasitəsiylə aşkar olunaraq tam təmizləndi. "TPH Spectra ST-HV" marka kompozit plomb materiallı istifadə olunaraq dişlər təbii formada və tam rəng uyğunluğunda bərpa edildilər. Uyğunlaşdırma və cilalamadan sonra dişlər istifadəyə hazır vəziyyətə gətirildi.

Bakıda diş plomb qiyməti

Press-keramika

Əvvəl:

37 yaşlı xanım dişlərində çox sayda karies, əyri diş sırası, dişlərdə həssaslıq və xoşagəlməz estetik görünüş şikayətləriylə müraciət edib. Stomatoloji diaqnostika və rəqəmsal müalicə planlamasından sonra dişəti plastikası və ardınca dişlərin press-keramika qapaqlar ilə bərpası məsləhət görüldü.

Sonra:

Birinci mərhələdə frekans-koaqulyator vasitəsiylə dişəti plastikası edilərək həm dəstək dişlərin kifayət qədər uzunluğu, həm də diş konturlarının simmetriyası təmin olundu. Buna paralel olaraq üst ön dişlər kariesdan təmizləndi və "GC Fuji II LC" marka kompozitlə gücləndirilmiş şüşə-iyonomerlə bərpa olunaraq qapaq qoyulması üçün minimal yonuldular. PMMA müvəqqəti qapaqlar hazırlanaraq 4 həftə dişətlərinin düzgün formalaşması gözlənildi. Sonrakı mərhələdə "UCLA/LACC Master Ceramist Program" (University of California, School of Dentistry) protokolu ilə "IPS e.max Press" və "IPS e.max Ceram Art" marka materiallardan "cutback" texnikası istifadə edilərək 8 ədəd 2M2 rəngində press-keramika qapaqlar hazırlandı və dişlərə yapışdırıldı.

emaks emax dis Azərbaycan

Zirkon qapaqların Press-keramika ilə əvəzlənməsi

Əvvəl:

32 yaşlı xanım bir il əvvəl mənşəyi məlum olmayan zirkon qapaqlarla ön üst dişlərini bərpa edib. İlk gündən dişətlərində qanama, çənələr arası münasibətində (dişləmdə) yüksəklik və süni görünüşdən əziyyət çəkib. Müayinə və rentgendən sonra zirkon qapaqların press-keramika qapaqlar ilə əvəz edilməsinə qərar verildi.

Sonra:

Birinci mərhələdə köhnə zirkon qapaqlar çıxarılaraq, PMMA müvəqqəti qapaqlar hazırlandı. Eyni zamanda dişəti plastikası edilərək dəstək dişlərin simmetriyası təmin olundu. 4 həftə dişətlərinin formalaşması gözlənildiksən sonra "Creation LS Press" marka litiyum disilikat (press-keramika) material istifadə edilərək 4 ədəd 2M2 rəngində press-keramika qapaqlar hazırlandı və dişlərə yapışdırıldı. Müalicənin ümumi müddəti 6 həftədir.

emax yoxsa zirkon

Lamina Vinir

Əvvəl:

25 yaşlı xanım dişlərinin xırda olmasından, dişlərin aralı olmasından və diş qövsunun formasından narazıdır. Müayinə nəticəsində xanımım çox yaxşı ağız gigiyenası olduğu və dişətlərində hər hansı problem olmadığı müşahidə olundu. Pasiyent ortodontik müalicə (breket vəya elaynerlər) istəmədiyi və dişlərinin ən qısa müddətdə düzəlməyini istədiyi üçün lamina vinirlar ilə estetik bərpa planlaşdırıldı.

Sonra:

4 ön üst dişlərin ancaq ön səthindən 0,5-0,7 mm. minimal yontularaq, 2 orta kəsici dişlər isə heç yontulmadan "Medit i900" marka ağıziçi skaner istifadə olunaraq ölçülər götürüldü. Sadəcə 1 həftə ərzində "IPS e.max Press" marka press-keramika istifadə olunaraq 2M1 rəng çalarında 6 ədəd lamina vinirlar hazırlandı və dişlərə yapışdırıldı.

Azərbaycanda vinir diş qiyməti

Vinirlar və zirkon körpülər

Əvvəl:

26 yaşlı xanım bir neçə alt arxa dişinin olmaması, alt ön dişlərinin isə rənginin pis olması şikayətiylə müraciət edib. Müayinə və rentgen nəticəsində dişlərin anadangəlmə flüoroz nəticəsində gənglənməsi, bir neçə arxa dişin sinirlərinin daha əvvəl çıxarıldığı və yaxşı vəziyyətdə olmayan plomblar olması aşkar olundu. Pasiyent olmayan arxa dişlərin implantasiyasından imtina etdi. Ön alt dişlərin vinirlar, arxa dişlərin isə zirkon körpülər ilə bərpa edilməsi planlaşdırıldı.

Sonra:

Ehtiyacı olan arxa dişlərin yenidən endodontik müalicə edilməsi və "LuxaCore Z Dual" marka xüsusi materialla bərpa edilməsindən sonra, həm arxa dişlər, həm də ön dişlər minimal yontularaq ölçülər alındı. Eyni zamanda müvəqqəti qapaqlar hazırlandı. 2 həftə ərzində 5 ədəd "IPS e.max Press" marka lamina vinir və 9 ədəd "IPS e.max ZirCAD" marka zirkon qapaq hazırlandı. Vinir və zirkonların eyni rəng olması təmin edildi. Alt çənə üçün qoruyucu yumşaq kappa hazırlanaraq, ən azı 2 ay istifadə edilməsi tövsiyyə olundu.

zirkon yoxsa vinir

Dişlərin ağardılması

Əvvəl:

22 yaşlı xanım dişlərinin rəngindən narazıdır. Müayinə nəticəsində dişlərdə və dişətlərində hər hansı problemin olmaması görüldü. Dişlərin kosmetik ağardma proseduruna uyğun olduğu qeyd olundu.

Sonra:

Standart 3 etaplı peşəkar təmizləmədən (dişlərin ultrasəslə təmizlənməsi, air-flow və cilalama) sonra 2 gün ərzində, hərəsi təxminən 40 dəqiqə olan 2 seans şəkilində ağardılma proseduru həyata keçirildi. Ağardılma "Opalescence Boost" ağardma geli vasitəsiylə edildi. Dişlərdə həssaslığın yaranmasının qarşısını almaq üçün 3 gün ərzində, ev şəraitində "UltraEZ" həssaslığı azaldan gel istifadə edilməsi təmin oundu. Nəticədə diş rəngi ilkin A4 rəngində A1 gənginə qədər 4 ton açıldı.

dişlərin zoomla ağardılması zoom
zirkonyum giymət
zirkon diş

Dr. Fərid Zeynalov Bakıda fəaliyyət göstərən, 26 ildən çox zəngin klinik təcrübəyə malik peşəkar stomatoloqdur. 1993–1999-cu illərdə Ankara Universitetinin Stomatologiya fakültəsində təhsil almış həkim, estetik və bərpaedici stomatologiyanın ən mürəkkəb sahələri üzrə ixtisaslaşmışdır. Beynəlxalq DDPH/DGDP statuslu ali təhsil diplomu və BDS, DMD və DDS elmi dərəcələri Türkiyyə və Azərbaycan Təhsil və Səhiyyə Nazirlikləri tərəfindən rəsmi şəhadətnamələrlə təsdiqlənmişdir. O, karyerası ərzində 120-dən çox beynəlxalq konqresdə iştirak edərək müasir müalicə protokollarını öz təcrübəsinə inteqrasiya etmişdir.

Həkimin peşəkar fəaliyyəti beynəlxalq səviyyədə tanınır; o, "American Dental Association", "Azərbaycan Stomatologiya Assosiyasiyası", "International Society of Computerized Dentistry", "International Association of Dentists" daxil olmaqla, 16 aparıcı elmi birliyin üzvüdür. Bu üzvlüklər Dr. Fərid Zeynalova qlobal stomatologiyadakı yenilikləri Bakıdakı pasiyentlərinə birbaşa təqdim etmək imkanı verir. Onun iş prinsipi mütləq akademik dəqiqliyə və beynəlxalq təhlükəsizlik standartlarına əsaslanır.

Klinikada pasiyent təhlükəsizliyi ən yüksək səviyyədə – beynəlxalq "Class-B" sterilizasiya standartları əsasında təmin edilir. İstifadə olunan bütün alətlər və avadanlıqlar çoxmərhələli dezinfeksiya prosesindən keçir ki, bu da çarpaz yoluxma riskini sıfıra endirir. Həkimin 26 illik təcrübəsi və AR Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq sertifikasiya pasiyentlərin müalicə prosesinə olan etibarını daha da gücləndirir.

Adi plomblanma prosesindən fərqli olaraq, bədii restavrasiya dişin yalnız funksiyasını deyil, həm də onun təbii estetik görünüşünü, şəffaflığını və mikrorelyefini xüsusi incəliklə bərpa edir. Dr. Fərid Zeynalov tərəfindən tətbiq edilən laylı bərpa texnikası sayəsində restavrasiya olunmuş diş təbii dişlərdən heç bir şəkildə seçilmir. Bu zaman dünyanın aparıcı istehsalçılarının nano-hibrid materiallarından istifadə olunur ki, bu da uzunömürlülüyü təmin edir.

Müasir stomatologiyada bütün müalicə prosedurları, o cümlədən dərin karieslərin plomblanması tamamilə ağrısız keçir. Pasiyentlərə fərdi həssaslıq nəzərə alınaraq yüksək keyfiyyətli lokal anesteziya tətbiq olunur. Dr. Fərid Zeynalovun sakit və dəqiq yanaşması pasiyentlərin müalicə zamanı özlərini rahat hiss etmələrini və hər hansı bir diskomfort yaşamamalarını təmin edir.

Yüksək keyfiyyətli materiallar və düzgün texnika ilə yerləşdirilmiş plomblar orta hesabla 7-10 il və daha çox xidmət edə bilər. Lakin bu müddət pasiyentin ağız gigiyenasına necə riayət etməsindən və müntəzəm profilaktik baxışlardan asılıdır. Həkim hər 6 aydan bir peşəkar təmizləmə və restavrasiyaların cilalanmasını tövsiyə edir ki, bu da plombların kənar uyğunluğunu və parlaqlığını qoruyur. Dr. Fərid Zeynalovun klinik təcrübəsində 20 ildən çox problemsiz istifadə olunan plomblar var.

Zirkon qapaqlar həm biouyğunluq, həm də estetika baxımından metal-keramikanı xeyli üstələyir; onların tərkibində metal olmadığı üçün diş əti kənarında tündləşmə yaratmır. İşığı keçirmə qabiliyyəti sayəsində zirkon qapaqlar təbii diş minası ilə eyni vizual effekti yaradır. Dr. Fərid Zeynalov Bakıdakı təcrübəsində mürəkkəb bərpa işləri üçün məhz bu materialı tövsiyə edir, çünki o, həm dözümlü, həm də estetikdir.

Müasir estetik stomatologiyada zirkon konstruksiyalar CAD/CAM texnologiyası vasitəsilə, yəni kompüter dizaynı və robotlaşdırılmış yonma üsulu ilə hazırlanır. Proses rəqəmsal intraoral skanlama ilə başlayır ki, bu da ənənəvi ölçü qaşıqlarından imtina etməyə və maksimum dəqiqliyə nail olmağa imkan verir. Nəticədə dişlə tam uyğunlaşan və heç bir diskomfort yaratmayan konstruksiyalar əldə edilir.

Düzgün klinik yanaşma və texniki icra ilə bu qapaqlar 15-20 il ərzində öz ilkin görünüşünü və funksionallığını saxlayır. Zirkonium-dioksid materialı rəng piqmentlərinə qarşı son dərəcə davamlıdır, yəni qəhvə, çay, müxtəlif qidalar və ya siqaret tüstüsü qapaqların rəngini dəyişmir. Dr. Fərid Zeynalovun tətbiq etdiyi fiksasiya protokolları qapağın dişlə hermetik birləşməsini təmin edərək ikincili karies riskini minimuma endirir. Zirkon bərpaların hazırlanmasının bütün mərhələlərində "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materialların istifadə olunması isə uzunömürlülüyü təmin edir.

Protez seçimi tamamilə pasiyentin klinik vəziyyətindən və diş itkisinin dərəcəsindən asılıdır; əlbəttə ki, çıxmayan (implant üstü və ya körpüvari) protezlər çeynəmə funksiyasını daha təbii bərpa edir. Lakin tam dişsizlik zamanı müasir akril və ya neylon əsaslı çıxan protezlər də estetik və funksional həll yolu ola bilər. Dr. Fərid Zeynalov hər bir pasiyent üçün fərdi biomexaniki analiz apararaq ən optimal variantı təklif edir.

Yeni protezlərə adaptasiya dövrü adətən 4-6 həftə davam edə bilər; bu müddətdə nitqdə müvəqqəti dəyişikliklər və damaqlarda həssaslıq olması normaldır. Pasiyentlərə bu dövrdə yumşaq qidalara üstünlük vermək və həkimin təyin etdiyi korreksiya seanslarına vaxtında gəlmək tövsiyə olunur. Dr. Fərid Zeynalovun hazırladığı protezlər maksimal anatomik uyğunluq sayəsində adaptasiya müddətini əhəmiyyətli dərəcədə qısaldır.

Diş protezləri hər yeməkdən sonra axar su altında təmizlənməli və gündə ən azı iki dəfə xüsusi yumşaq fırça ilə gigiyenik qaydada yuyulmalıdır. Diş protezləri diş pastaları ilə yuyulmamalıdır. Protezlərin səthində mikrob ərpinin yığılmaması üçün həftədə 2-3 dəfə xüsusi dezinfeksiyaedici həblərdən istifadə olunması vacibdir. Müntəzəm qulluq həm protezin ömrünü uzadır, həm də ağız boşluğunun selikli qişasının sağlamlığını qoruyur.

Hətta ən yaxşı diş fırçası belə dişlərin arasında və diş əti ciblərinə yığılan bərk diş daşlarını və piqmentləşdirilmiş ərpi tam təmizləyə bilmir. Dr. Fərid Zeynalovun klinikasında tətbiq olunan "Air-Flow" və ultrasəs skaler texnologiyası ən əlçatmaz yerləri təmizləyərək diş əti iltihabının qarşısını alır. Peşəkar təmizləmə həm də kariesin erkən mərhələdə aşkarlanması üçün zəruri bir profilaktik tədbirdir.

Profilaktik məqsədlə peşəkar gigiyena ildə bir dəfə, yəni hər 12 aydan bir aparılmalıdır. Lakin ortodontik müalicəsi davam edənlər, implantı olan, mədə-bağırsaq xəstəlikləri olan və ya diş əti xəstəliklərinə meyilli pasiyentlər üçün bu müddət 6 aydır. Müntəzəm təmizləmə nəinki dişləri ağardır, həm də stomatoloji prosedurlara olan ehtiyacı gələcəkdə minimuma endirir.

Həkim nəzarəti altında, sertifikatlaşdırılmış materiallar və düzgün texnologiya ilə aparılan ağardılma mina qatına qətiyyən zərər vermir. Müasir peşəkar diş ağardma gellərin tərkibində minanı gücləndirən remineralizasiyaedici komponentlər mövcuddur ki, bu da proseduru təhlükəsiz edir. Dr. Fərid Zeynalov dişlərin ağardılması prosedurunu "World Dental Society" xüsusi "Registered Cosmetic Teeth Whitening Practitioner" kvalifikasiyası əsasında edir.

Klinika şəraitində ağardılma cəmi 1-2 seans ərzində yüksək konsentrasiyalı gellər vasitəsilə dərhal nəticə verir. Ev tipi ağardılma isə fərdi kappalar vasitəsilə daha aşağı konsentrasiyalı gellərlə uzun müddət (1-2 həftə, gündəlik istifadə) ərzində aparılır və daha çox nəticəni qorumaq üçün istifadə olunur. Peşəkar ağardma effekti (bəyazladılma dərəcəsi) ev ağardmasından daha çoxdur. Hər iki metodun effektivliyi Dr. Fərid Zeynalovun fərdi yanaşması və pasiyentə verdiyi təlimatlarla artırılır.

Dişlərində rəng problemləri, kiçik əyilmələr, diş arası boşluqlar və ya forma qeyri-mütənasibliyi olan şəxslər vinir üçün müraciət edə bilərlər. Proses ilk olaraq Dr. Fərid Zeynalovun rəqəmsal planlaması və pasiyentin üz cizgilərinə uyğun "Gülüş Dizaynı" hazırlanması ilə başlayır. Bu mərhələdə pasiyent gələcək təbəssümünün nəticəsini hələ müalicəyə başlamazdan əvvəl vizual olaraq görə bilir.

Yüksək keyfiyyətli press-keramikadan (məsələn, Ivoclar Vivadent firmasının IPS E.max) hazırlanan vinirlər rəngini heç vaxt dəyişmir və cilasını itirmir; onlar turşu və qida piqmentlərinə qarşı son dərəcə dayanıqlıdırlar. Dr. Fərid Zeynalovun 26 illik təcrübəsi və tətbiq etdiyi dəqiq fiksasiya texnikası vinirlərin uzun illər boyu (10-15 il) ilk günkü kimi parlaq və estetik qalmasını təmin edir. Düzgün gigiyenik qulluq vinirlərin uzunömürlülüyünün əsas şərtidir.

Mr. Dent - stomatoloji klinika.


Bakı şəhəri,
Adil İsgəndərov küçəsi 13a,

"AzNeft" meydanı yaxınlığı, SOCAR və Heydər Əliyev Fondunun arxası, "Funikulyor"-un yanı.
diş müalicəsi
dişlərin