Diş protezləri
Klinikamızda hər növ protezlərin hazırlanmalarının bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.
Tamamən dişsiz çənələrə tədbiq olunan çıxan protezlər. Adətən tibbi akrildan hazırlanılır.
Qısmən dişsiz çənələrə tədbiq olunan, xüsusi sərt olmayan materialdan hazırlanan protezlər. "Neylon protezlər" olaraq da bilinirlər.
Metal özül əsasında süni damaq və süni dişlərin kombinasiyası əsasında hazırlanılır.
Elastik "Acetal" özül üzərinə süni akril damaq və süni dişlərin kombinasiyası əsasında hazırlanılır.
Sərt akril materialından hazırlanan, elastik metal qırmaqlar vasitəsiylə dişlərə tutunan taxıb-çıxarılan protezlər.
Sadəcə bir neçə dişin olmadığı halda hazırlanan qısa damaq hissəli müvəqqəti protez növüdür.
Xüsusi Dental-D materialından hazırlanılan "Quattro Ti" protezləri ən müasir və keyfiyyətli metalsız büqel protezi növüdür.
Tərkibində metilmetaacrylate (akril) olmayan "Acry Free" növü materialında həm tam, həm də hissəvi protezlər hazırlanılır.