Gicgah-çənə oynağı problemləri


Gicgah-çənə oynağında ağrı olması, çeynəmə və üz əzələlərində ağrılar (miyofasiyal ağrılar), çeynəmədə problemlər, oynaqdan gələn səslər, çənə tutulması və ağız açıqlığının azalmasına səbəb olan müxtəlif gicgah-çənə oynağı xəstəlikləri ümumi olaraq gicgah-çənə oynağı disfunksiyası adı altında bilinirlər. Çox sayda səbəblə yarana bilən bu növ problemlər çənə və üz ağrılarından başqa, həmçinin baş, boyun və qulaq ağrılarına, görmə və yatma problemlərinə də yol aça bilərlər.
Bruksizm (buna "diş qıcama, dişlərin qıcırdadılması, diş sıxma, dişlərin sıxılması, gecə sıxması, yuxu diş qırması, səhər yorğunluğu" da deyilir) çeynəmə əzələlərinin istəmsiz sıxılması ilə müşahidə olunan və güclü çənə hərəkətləri nəticəsində müxtəlif problemlərə səbəb olduğu tez-tez rast gəlinən bir zərərli vərdişdir. Çənələrdə və damaqlarda davamlı ağrılar, psixoloji narahatlıq və boyun hərəkətin məhdudlaşması, sürtülmüş, zədələnmiş və hətta sınmış dişlər, ciddi baş və qulaq ağrıları ola bilər.
Gicgah-çənə oynağının artrozu (buna "çənə artrozu, ağız açılmama, çənə kilidlənməsi, kilidli çənə, çənə miyaljisi, çənənin osteoartriti" da deyilir) müxtəlif səbəblər nəticəsində (iltihab, travma, səhv qapanış v.s.) oynaqda ciddi aşınmalar, oynağın formasının və yerləşməsinin dəyişməsi ilə ortaya çıxan xəstəlikdir. Oynağın kilidlənməsi, ağız hərəkətlərində məhdudluq, çənə hərəkətləri zamanı oynaqlarda səslər, boyun və ənsə ağrıları, baş dönməsi, oynaq nahiyyəsində şişlik və hərarətin artması ola bilər.
Klinikamızda gicgah-çənə oynağı ağrısı, üz və baş ağrıları, ağzın az açılması və çənə çıxıqlarının ən yüksək keyfiyyətli dərmanlar, avadanlıq və materiallardan istifadə olunaraq müalicə olunur. Ayrıca klinikamızda gicgah-çənə oynağı xəstəliklərinin diaqnostikası üçün xüsusi rentgen çəkilişi mümkündür.
Splint (kappa) növləri.
Splintlər və ya kappalar (bunlara "okluzal splint, gecə kappası, diş splinti, çənə splinti, gecə splinti, quruyucu splint, bruksizm kappası, diş lövhəsi, bruksizm şınası, gecə qoruyucusu, çənə quruyucusu, qoruyucu lövhə, çənə oynağı ateli, interoklüzal aparat, nightguard, çənə stabilizatoru, dişləmə lövhəsi, atel, gecə lövhəsi" da deyilir) gicğah-çənə oynağındaki problemin növünə, üz əzələləri ağrılarının və şiddətinin növunə, həmçinin diş gövslərinin münasibətinə (qapanışa) və istifadə müddətinə görə müxtəlif növdə və müxtəlif materiallardan hazırlanıla bilərlər:
  • Yumşaq kappa (bunlara "yumşaq splint, gecə quruyucusu, çənə quruyucusu, nightguard, soft splint" da deyilir) - sadəcə 1-2 mm. qalınlıqda xüsusi yumşaq materialdan hazırlanır və şiddətli olmayan bruksizm hallarında və ya böyük həcmli diş bərpalarının qorunması üçün istifadə olunurlar. Müalicəvi təsiri yoxdur, sadəcə qoruma və stabilləşdirmə məqsədiylə hazırlanılır.
  • Sabitləştirmə splinti (bunlara "stabilizasiya splinti, okluzal kappa, çənə stabilizatoru, dişləmə lövhəsi, atel, gecə lövhəsi, Tanner, SRS, CR-splint, bruksizm kappası, diş lövhəsi, bruksizm şınası, qoruyucu lövhə, çənə oynağı ateli" da deyilir) - adətən 4-8 mm. qalınlıqda xüsusi sərt materialdan hazırlanır və bruksizm, gicğah-çənə oynağı disfunksiyaları, çeynəmə əzələləri spazmı, oynağın travmatik zədələnmələri və üz əzələləri ağrısı (miyalgiya) hallarında əsas müalicə edici vasitə kimi istifadə olunurlar. Medikamentoz (dərmanlarla) və fizioterapevtik prosedurlarla birlikdə istifadəsi yüksək nəticələr göstərir.
  • Ortotik splintlər (bunlara "orthotic, repozisiya splinti, yerdəyişmə splinti, deprogrammer, çənə yerləçdiricisi, hərəkət lövhəsi" da deyilir) - alt çənənin müxtəlif müstəvilərdə yerdəyişdirilməsini təmin edən çox sayda fərqli və individual hazırlanan splint növləridir. Daha ciddi və mürəkkəb gicgah-çənə oynağı disfunksiyaların müalicəsində cərrahi (artosentez) və osteopatik üsullar ilə bərabər istifadə oluna bilərlər.
bruksizm splint qiymət

Stabilizasiya splinti (gecə kappası) vasitəsiylə diş qıcamasının əngəllənməsi.

Klinikamızda sabitləştirmə splinti (flat plane stabilization appliance, Michigan splint), önə yerləşdirmə splinti (anterior repositioning splint, ARS), alt çənənin yerdəyişdirmə qurğusu (mandibular orthotic repositioning appliance, MORA), NTI-tss (nociceptive trigeminal inhibition tension suppression system), sinir-əzələ apparatı (neuromuscular appliances, NMA) növ stomatoloji splintlər ən keyfiyyətli materiallardan hazırlanılır.
Bruksizm müalicəsi:
Bruksizm (diş qıcama, dişlərin qıcırdadılması) növünə, şiddətinə və müddətinə görə müxtəliv üsullar ilə müalicə edilə bilər. Klinikamızda ancaq Sübuta Əsaslanan Təbabət (evidence based medicine) prinsibinə uyğun müalicə metodları istifadə olunur.
  • Stomatoloji problemlərin həlli - çənə münasibətlərində (qapanışda) nöqsanlar yaradan bütün amillər ortadan qaldırılır - qüsurlu protezlər, düzgün olmayan qapaqlar və problemli plomblar tam şəkildə uyğunlaşdırılır. Ayrıca dişlər ilə əlaqəli olan pis vərdişlər də aşkarlanır və aradan qaldırılır.
  • Splint müalicəsi - ilkin vəziyyətdən asılı olaraq uyğun okluzal splint hazırlanılaraq pasiyentə istifadə qaydaları öyrədilir və mütəmadi kontrollar edilərək müalicəvi effekt əldə edilir. Splintin növü üz-çənə sisteminin vəziyyəti, alt-üst çənələrin münasibəti, çeynəmə əzələlərinin vəziyyəti və bir çox başqa amillər nəzərə alınaraq individual şəkildə hazırlanılır.
  • Medikamentoz müalicə - əzələ gevşetici (miorelaksant), sakitləşdirici (sedativ) və dəstəkləyicə (kalsium, maqnezium) dərman terapiyası tədbiq oluna bilər.
  • Masseter, temporal və pterigoid əzələlərinə botoks tədbigi - şiddətli və ciddi zərər verici bruksizm hallarında, çenələri sıxma güvvətini azaldmaq üçün çeynəmə əzələlərinin blokadasına ehtiyac var. Xüsusi inyeksiya üsulları ilə çeynəmə əzələləri qısmın və müvəqqəti blok edilə bilərlər.
  • Fizyoterapevtik müalicə - tətikləyici nöqtələrin quru iynələməsi (dry injection), elektrikli dərialtı sinir təhrikedilməsi (transcutaneous electrical nerve stimulation, TENS), elektrikli əzələ stimulyasiyası (electrical muscle stimulation, EMS), isti-soyuq kompresləri, masaj və xüsusi müalicəvi idman məşq proqramlarıkim üsullar bruksizm mülicəsində son dərəcə səmərəlidirlər.
Bruksizm müalicəsində istifadə olunan TENS, EMS və quru iynələmə üsulları ancaq bizim klinikada uzun illərdir uğurla tədbiq olunur.

Gicgah-çənə oynağı disfunksiyalarının müalicəsi:
Üz-çənə sistemi və gicgah-çənə oynağında ağrı, hərəkət məhtudlaşdırılması və səs çıxarma ilə müşahidə olunan müxtəlif növ problemlər uyğun çıxan stomatoloji apparatlar və cərrahi üsullar vasitəsiylə müalicə edilirlər.
  • Ortotik splintlər - önə yerləşdirmə splinti (anterior repositioning splint, ARS), alt çənənin yerdəyişdirmə qurğusu (mandibular orthotic repositioning appliance, MORA) və sair növ splintlər istifadə olunaraq gicğah-çənə oynağının patolojik vəziyyəti normal hala gətirilir.
  • Artrosentez (buna "oynaq yumaq, oynağın təmizlənməsi, arthrocentesis" də deyilir) - gicğah-çənə oynaqdaxili toxumaların yerli anesteziya altında iki iynə vasitəsiylə xüsusi məhlullar ilə yuyulması və ardından iltihabəleyhinə preparatlar və ya hyaluronik turşu əsaslı preparatlar tədbiq edilməsi prosedurudur. Ağız açılmasında problemlər, ağız kilidlənməsi, çeynəmə və tələffüz hərəkətlərində məhdudluq, çənə hərəkətləri zamanı oynaqlarda səslər və şiddətli ağrılar ilə ortaya çıxan çənə artrozu, çənə artriti, kapsulit, eksudativ hemartroz, sinovit, oynaq ankilozu, oynaqda ciddi mexaniki aşınmaları kimi xəstəliklərin effektiv müalicə metodudur.
diş sıxma bruksizm
kappa dişlərin

Bu səhv bilinən bir bilgidir. Heç bir beynəlxalq araşdırmada bruksizmin səbəbləri arasında helmintoz (parazit qurdların törətdiyi xəstəliklər) olduğunu göstərmir.

İndividual olmayan, yanı standart ölçülərə və standart formaya malik olan hazır splintlər ancaq qoruyucu məqsədlə qısa müddət istifadə üçün nəzərdə tutulublar və həkim tərəfindən hazırlanan individual splintlər ilə müqayisə olmayacaq dərəcədədirlər. Hazır splintlərin istifadəsi çox da faydalı deyil. Bəzi hallarda isə həqiqi müalicəni gecləşdirdikləri üçün isə, zərərli ola bilərlər.

4-8 yaş arasında uşaqlardaki diş sıxma vərdişi normal sayılır. Buna "yalançı bruksizm" deyilir və uşaqların təxminən 20%-ində görülür. Amma bu müvəqqəti olur və yaş artıqca özü-özünə keçir.

Bizim hazırladığımız individual stabilizasiya splintini gün ərzində sadəcə yatanda (yuxu vaxtı) taxmaq kifayətdir. Müalicə müddəti bruksizmin konkret vəziyyətindən asılı olaraq 3-6-12 aydır.

TENS proseduru qətiyyən ağrılı deyil. Çeynəmə əzələlərinə orta tezlikli aşağı güclü elektrik boşalmaları ilə təsir edilərək, əzələlərin sıxılması yumşadılır. Adətən 1 gün arayla 15-20 dəqiqəlik 2-4 sean tədbiq olunur.

Xeyir, bu mümkün deyil. Dişlərin vinirlar ilə bərpa edilməsi üçün bruksizm var olması əksgöstərişdir. Bu halda ancaq tam zirkon qapaqlar (monolitik zirkon, solid zirkon) istifadə oluna bilər.

Əksər hallarda çənələrin sıxılması nəticəsində implantlar üzərindəki təzhiq çənə sümüklərində problemlər yaradır. Bunun üçün də bruksizm hallarında implantasiya edilməsi məsləhət deyil.
Dental Expert - stomatoloji klinika.

Bakı şəhəri,
Eldar Tağızadə küçəsi 30e,
AF Com Plaza.

"28 May" metrosu 2-ci çıxışı, Nəsimi Rayon Polis İdarəsinin arxası, "Təzə Bazar" TM-in yanı.
dish protezi
dişlər