Dişlərin təmizlənməsi


Dişlərin təmizlənməzi (buna "dişlərin peşəkar təmizlənməsi, diş daşı təmizliyi, diş ərpi təmizlənməsi, skeylinq, ultrasəs təmizləmə" də deyilir) dişlərin həm estetik görünüşünü yaxşılaşdırmaq üçün, həm də diş ətlərinin sağlamlığını təmin etmək üçün həkim-stomatoloq tərəfindən həyata keçirilən müəyyən prosedurlar silsiləsidir. Bu prosedurlara diş daşlarının ultrasəs skeylinq cihazı ilə əsaslı təmizlənməsi, air-flow (tozlama, qumlama) üsuluyla dərin təmizləmə və dişlərin cilanması prosedurları daxildir. İstifadəsindəki məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Dişlərin təmizlənməsi prosedurları dişlərin formasında, ölçülərində, diş cərgələrinin formasında hər hansı bir dəyişikliyə səbəb olmaz, sadəcə dişlərin səthinni təmizlənməsiylə əhəmiyyətli deyişmələr etməyə imkan verir. Beləcə dişlərə ən az müdaxilə edilərək, yüksək səviyyəli estetik nəticəni əldə etmək mümkün olur.
Klinikamızda dişlərin təmizlənməsinin bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.
Diş təmizləmənin mərhələləri:
  • Birinci mərhələdə bütün dişlər ultrasəs cihazı vasitəsiylə diş daşı və ərpdən təmizlənilir. Xüsusi skeylinq cihazı vasitəsiylə dişlərin səthi yüksək frekanslı ultrasəs vibrasiyası vasitəsiylə, tamamən zərərsiz şəkildə, bütün diş daşları, bakterial plakdan (ərpdən) və hər cür ləkələrdən ən qısa vaxtda keyfiyyətli şəkildə təmizlənilir. Ağızda mövcud olan bütün dişlər, hər tərəfdən diqqətlicə təmizlənilərək yüksək səviyyəli gigiyena təmin olunur. Eyni zamanda dişəti cibləri (diş ilə dişəti arasındakı incə boşluqlar), yanı görünməyən hissələr də təmizlənilir. Beləcə estetik və fərah görünüşdən başqa, diş minası qorunur və dişəti sağlığı da təmin olunur.


    dis temizleme giymetiUltrasəs skeylinq.

  • Daha sonra dişlərin arası və çətin təmizlənilən diş səthləri air-flow üsuluyla daha dərin və daha əsaslı təmizlənilir. Air-flow üsulu ilə xüsusi təmizləyici incə və zərərsiz toz yüksək təzhiqli hava vasitəsiylə dişlərin arasına və dişəti ciblərinə tədbiq olunaraq, yüksək səviyyəli təmizlik və daha yaxşı estetik görünş əldə edilir.


    airflov dishAir-flow təmizləmə.

  • Son mərhələdə dişlər xüsusi mexaniki fırçalar və xüsusi parladıcı pastalarla cilalanır. Müxtəlif tərkibli cilalayıcı vasitələr həm dezinfeksiya edici maddələr, həm də dişləri qoruyan ftor ilə zənginləşdirilərək, müsbət gigiyenik və profilaktik təsirə malikdirlər. Beləcə diş minası hamarlanaraq həm yaxşı estetik görünüş, həm də daha sağlam səth əldə edilir.


    dişlərin ağardılmasıDişlərin cilalanması.

  • Mütləq olmasa da, təmizləmə və cilalama prosdurlarından sonra, dişlərin profilaktik qorunması üçün ftor, hidroksiapatit və müxtəlif dezenfeksiya edici maddələr ihtiva edən lakların istifadəsi məsləhətdir. Dişlər xüsusi qoruyucu lak ilə örtülərək həm həssaslıqdan qorunurlar, həm də mina səthi kimyasal olaraq kariyes və başqa mənfi təsirlərdən qorunur.


    dişə lak neçəyədirFtor lak tədbiqi.

diş ləkəsi
dishleri temizlemek

Dişlərin ultrasəs cihazla təmizlənməsi və air-flow proseduru cuzi dərəcədə xoşaqəlməz olsada, adətən agrısızdır. Dişlərin konkret vəziyyətindən asılı olaraq prosedur vaxtı və ya sonrası həssaslığın olması normaldır.

Dişlərin təmizlənməsi həm kosmetik prosedurdur, həm də dişətlərinin sağlamlığı üçün çox vacibdir. Biz bu proseduru normalda ildə 1 dəfə, hər hansı dişəti problemləri varsa, ildə 2 dəfə tətbiq etməyi məsləhət görürük. Ancaq profilaktiki ftor lak tədbiqi yaxşı olar ki hər 6 aydan bir aparasınız.
Yaş artıqca, dişətlərinin sağlamlığını təmin etmək üçün, gigiyenik prosedurların sıxlığını artırmaq lazımdır. 45-50 yaşdan sonra ultrasəs skeylingi və metəmadi olaraq ildə 2 dəfə etmək məsləhətdir.

Əlbəttə ki, hər şey çox fərdidir və həm ağız boşluğunun gigiyenasından, həm də dişlərin ilkin vəziyyətindən asılıdır. Bəzi vərdişlər (kofe, siqaret, veyp v.s.) və bəzi xəstəliklər (mədə-bağırsaq problemləri, diabet, hormonal problemlər v.s.) dişlərin səthində dişdaşların və ərpin yığılmasına səbəb ola bilərlər və beləcə mənfi təsir edə bilərlər.
Normal şərtlər daxilində dişlərin təmiz qalması 6-7 aya olur. Təbii ki hər şey insanın gündəlik mütəmadi ağız gigiyenasından asılıdır.



Dişlərin "daş bağlaması", "diş daşlarının yığılması" və ya elmi adıyla calculus'un bir necə səbəbi ola bilər:
  • yetərsiz ağız və diş qiqiyenası;
  • metabolizma nöqsanları ilə özünü biruzə verən hər hansı bir somatik xəstəlik (müxtəlif infeksiyalar, diabet, pankreatit, astma v.s.);
  • vücut mayalarında turşu-qələvi disbalansı ilə nəticələnən ümumi xəstəliklər (gastrit, özofajit, nefrit v.s.);
  • daimi alınan bəzi dərmanlar (kortikosteroidlər, prazosin, salbutamol v.s.);
  • içmə suyunun mineral tərkibinin normlara uyğun olmaması.
Bu səbəbləri göz önünə alaraq, diş daşlarının ortaya çıxmaması üçün aşağıdaki tədbirlər alınmalıdır:
  • ağız və diş qiqiyenasına qəti şəkildə əməl olunmalıdır;
  • təmiz, qaynadılmış içmə suyundan istifadə olunmalıdır;
  • ildə 2 dəfə stomatoloq nəzərətindən keçərək, əmələ qəlmiş diş daşları təmizlənməlidir;
  • diş daşlarının əmələ qəlməsinə səbəb olan xəstəlik varsa, müalicə olunmalıdır.


При ультразвуковой чистке зубные камни и налёт очищаются с помощью ультразвуковых колебаний специальным аппаратом - скецлером. А air-flow это очищение специальным микропорошком, который под очень высоким давлением подаётся на поверхность зуба. При этом очищение более тщательное, т.к. порошок может проникать даже в те места, куда скелер не проникает. Т.е. air-flow это дополнение к ультразвуковой чистке.

Diş ətlərinizin daimi qanamasının bir necə səbəbi ola bilər:
  • Gingivit - diş ətlərinin somatik və/və ya infeksiyalı iltihablanması. Tək başına və ya hər hansı bir başqa xəstəliyə bağlı olaraq ortaya çıxa bilər və 25-ə yaxın növü var. Azərbaycan əhalisinin 72%-i bu problemlə qarşılaşır;
  • Paradontoz - dişləri dəstəkləyən çenə sümüyünün və diş yüvası ətrafı toxumaların distrofiyası ilə nəticələnən iltihabi xəstəlik.

Sizin sualınızda sadaladığınız simptomlar hər iki növ xəstəlikdə görülə bildiyi üçün, dəqiq cavab üçün müayinə olmanız qərəklidir.

Onlayn mediyada və sosial şəbəkələrdə təbliq edilən "ev şəraitində dişləri ağardma" vasitəsi kimi qələmə verilən soda, duz, limon, kömür və sair maddələrin qarışımı nəyinki təmizləmə və ya ağardma effekti vermirlər, əksər hallarda dişlərin mina qatın ciddi zərər verirlər və dişətlərində ciddi problemlər yaradırlar. Peşəkar olmayan məsuliyyətsiz insanların "məsləhətlərinə" diqqətlə yanaşmalısınız və qətiyyən belə vasitələrdən istifadə etməməlisiniz.

Əgər plomblar yaxşı keyfiyyətdədirsə və heç bir zədəsi yoxdursa, ultrasəs skeylinq proseduru onlara qətiyyən heç bir mənfi təsir göstərmirlər. Təbii ki prosedur düzgün şəkildə və keyfiyyətli alətlərdə və bütün tibbi protokollara uyğun həyata keçirdilirsə.
Air-flow zamanı tədbiq olunan incə toz dənələri geniş həcmli və estetik bölgələrdə olan plombların parlaqlıqlarına və hamarlıqlarına təsir edə bilərlər. Bunun üçün bundan sonra plomblar mütləq yenidən cilalanmalıdırlar.
Dental Expert - stomatoloji klinika.

Bakı şəhəri,
Eldar Tağızadə küçəsi 30e,
AF Com Plaza.

"28 May" metrosu 2-ci çıxışı, Nəsimi Rayon Polis İdarəsinin arxası, "Təzə Bazar" TM-in yanı.
diş müalicəsi
dişlərin