metalsız keramika, zirkon

Zirkonyum dioksid bərpalar American Dental Association Continuing Education Recognition Program (ADA CERP) əsasında həyata keçirilir. Bütün estetik müalicə metodikaları isə California Dental Association xüsusi proqramı və prof. Edward McLarenin "UCLA/LACC Master Ceramist Program" (University of California, School of Dentistry) tədris proqramına əsaslanır.



Stomatologiyada uzun müddətdir istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsinə çevrilmişdir. Hal-hazırda protetik stomatologiyada məs metal-keramika yanı farfor bərpalara üstünlük verilir.
Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması sıxlaşıb. Bunlar müxtəlif növ ola bilərlər – bərkidilmiş farfor, keramer, təkmilləşdirilmiş şüşə-keramika, ittriy şüşə, alümin-oksid və sirkon-dioksid əsaslı. Metalsız qapaqların əsas üstün cəhətləri bunlardır:
  • Son dərəcə yüksək estetik keyfiyyətlərə malikdirlər – görünüş, rəng, şəffaflıq və parlaqlıq nöqteyi-nəzərindən təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Bunun üçün də qabaq dişlərin bərpasında ideal nəticələr əldə edilir;
  • Bioloji uyğunluqları yüksəkdir – tamamən ətalətli və qeyri toksik kimyasal tərkibi ilə həm sərt, həm də yumşaq toxumalara qətiyyən heç bir təsir göstərmirlər.
  • Diş ətində rənglənmə olmur – metalo-keramika qapaqların incə kənarlarında metalın təsiriylə diş ətlərində tündləşmə (tatuaj) əmələ gəlir. Zirkon qapaqlarda belə bir problem olmur və uzun müddət estetika qorunur.

Press-keramika

metalsız koronka estetik emax

Press-keramika hazırlamaq üçün diş daha az yontulur və beləcə mümkün olduğu gədər qorunur.

Dişlərin metalsız keramika ilə bərpası üçün müxtəliv növ texnologiyalar mövcutdur. Bunlardan ən müasiyi və ən yaxşı esetik nəticələr verən təzhiqlə hazırlanan (pressləmə) keramika qapaqlardır. Bu texnologiya təbii dişlərə ən yaxın görüntü verə bilən çox möhkəm, yükgül və son dərəcə gigiyenik olan, yüksək dərəcədə kristallaşan Litium disilikat (LiSi2) keramikanın istənilən formada hazırlanmasına əsaslanır. Müxtəlif rənglərdə hazırlanan keramika blokları xüsusi fırınlarda əridilir və əvvəlcədən hazırlanan diş qapaqı formalarına yüksək təziq altında axıdılır. Bu formalarda kristallaşan keramika çox dəqiq və incə qapaqların (koronkaların) hazırlanması ilə nəticələnir.

Bu texnologiya ilk dəfə Ivoclar Vivadent şirkəti tərəfindən IPS e.max Press markası altında istehsal olunsada, hal-hazırda çox sayda şirkət bu texnologiyayla məhsullar istehsal edir (DC ConceptPress, Zubler; Creation CP/CP-ZI, Creation Willi Geller; Cergo, DeguDent və sair).
Uzun illərdir stomatologiyada istifadə olunan metalo-keramika qapaqların bir ecə mənfi tərəfləri var. Bunlardan ən əsasları bu növ qapaqların ox estetik olmaması, qapaq kənarlarında və dişətində tündləşmələrə səbəb olmaları, kifayyət qədər möhkəm olmamaları, qarşıda olan dişlərin sürtünməsinə səbəb olmaları və təbii dişlər kimi şəffaf olmamalarıdır.

Bütün bu nöqsanları ortadan qaldırmaq üçün press-keramikanın istifadə olunması daha məqsədə uyğundur. Yüksək möhkəmlik (400 Mpa), minimal müdaxilə tələb edən (ən az yontulma) və son dərəcə dəqiq restavrasiyalar, 4 mərhələli şəffaflıq tənzimlənməsi və buna bağlı olaraq mükəmməl estetika bu növ qapaqlaqı müasir stomatologiyanın ən yaxşı bərpa üsullarından edir.
metalsiz keramika farfor press emax

Solda metalo-keramika, sağda isə press-keramika — şəffaflıq və estetikada böyük fərq var.

emax press keramika qapaq
press-keramika dişlər emax emaks
estetik diş estetika dişlər
dişlərin gözəl ağ

Zirkon dioksid

Ən çox istifadə olunan və keyfiyyətini çox saylı təcrübələrlə təsdiqləyən metalsız keramika növü sirkon-dioksid əsaslı qapaqlardır. Metal ilə müqayisə olunacaq dərəcədə son dərəcə sərt və davamlı olan bu materialın istifadə müddəti və estetik xüsusiyyətləri də son dərəcə yüksəkdir.
Təqdim olunan diş müalicəsi nümunələrinin hamısı ancaq dr. Fərid Zeynalov tərəfindən həyata keçirilib.

Sual-cavab

Я могу посоветовать только самое лучшее - безметаловую керамику и пресс-керамику. Качественно и очень красиво. Это наиболее современный и высокоточный вид эстетических стоматологических реставраций.
Əksər hallarda diş cərgələrinin və dişlərin əyriliyini qapaqlarla düzəltmək mümkündür. Amma bəzi hallarda, əyriliyin dərəcəsi çox olduğundan və ya əyriliyi daha asan müalicə ilə düzəltmək mümkün olduğunda, biz ortodontik müalicəni məsləhət görürük. Dişləyiniz sağlam və qüsursuzdursa, problem sadəcə diş cərgələrindədirsə, qapaq etmək yerinə ortodontik müayinədən keçməyiniz daha yaxşı olardı.
Dişlərə qapaq yerləşdiriləndən sonra, təbii ki, bir müddət diskomfort və xoşagəlməz hislər olur. Bu normaldır. Amma bir müddət sonra hər şey stabilləşir və diskomfort hiss olunmur.
Diskomfort 1 həftə ərzində yox olmursa, mütləq stomatoloqunuza müraciət edin. Qapaqları dəstəkləyən dişlərdə və ya qapanışda problem ola bilər.
İlkin vəziyyətdən asılı olaraq zirkon apaqlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.
Əğər zirkoniyum hissə qırılmayıbsa, yani ancaq keramika (farfor) qırılıbsa, bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.
Qapaqların gecə qırılması sizdə bruksizm (diş qıcırdadma) olduğunun işarəsidir. Bunu nəzərə alaraq qapaqlar xüsusi dizayn edilməlidir. Yanı patolojık qapanış nəzərə alınaraq süni dişlərə xüsusi forma verilməlidir.
Bruksizmin ağır hallarında isə bu probləm müalicə olunmalıdır və dişlərə taxılan yumşaq xüsusi gecə qoruyucularından (night guard) istifadə olunmalıdır.
Sualınız var?